Azedu.az

Ali təhsildə tənqidi təfəkkürü xilas edən YENİ MODEL

AzEdu Təhsil Platforması

10 Avqust 2026, 20:12
Ali təhsildə tənqidi təfəkkürü xilas edən YENİ MODEL

Dünya universitetlərində süni intellektin tədrisə inteqrasiyası genişlənsə də, əsas narahatlıq dəyişməz qalır: Tələbələrin tapşırıqları birbaşa AI-a etdirməsinin və akademik tənbəlliyin qarşısını necə almaq olar?
 

AzEdu.az xəbər verir ki, nüfuzlu "MDPI Education Sciences" jurnalında dərc olunan yeni elmi tədqiqatda ali təhsildə süni intellektdən istifadə ilə bağlı SAGE-AP (Structured AI-Guided Education Assessment Policy) adlı yeni pedaqoji model təqdim olunub. Tədqiqatçılar Mahmud Əl-Xodr və Ərgün Gide tərəfindən işlənib hazırlanan bu model tələbələrin tapşırıqları birbaşa süni intellektə yazdırmasının qarşısını almağı və tənqidi təfəkkürü inkişaf etdirməyi hədəfləyir.

Modelin mahiyyəti ondan ibarətdir ki, tələbə tapşırığı birbaşa süni intellektə həvalə etmir və proses üç mərhələdən keçir. Əvvəlcə tələbə mövzu üzrə öz ilkin ideyasını və yanaşmasını müstəqil şəkildə qeyd edir. İkinci mərhələdə həmin ideyanı süni intellektə təqdim edərək sistemlə dialoqa girir, cavabları tənqidi təhlil edir və çatışmazlıqları müəyyənləşdirir. Sonda isə tələbə süni intellektin təkliflərini hansı məntiqlə qəbul etdiyini və ya dəyişdirdiyini rəsmi şəkildə əsaslandırır.

Tədqiqatın nəticələrinə əsasən, bu çərçivənin tətbiq olunduğu auditoriyalarda tələbələrin tənqidi təfəkkür bacarıqları və akademik məsuliyyət səviyyəsi daha effektiv şəkildə qorunub saxlanılır. Mütəxəssislər bildirirlər ki, təhsildə süni intellekti tamamilə qadağan etmək əvəzinə, onu pedaqoji prosesə düzgün inteqrasiya etmək və tələbəni texnologiyanın sadəcə icraçısından onun tənqidçisinə çevirmək vacibdir.

Xətaiyə görə dava edənlərin məqsədi ... - Professordan şok faktlar
Son xəbərlərDaha çox