Azedu.az

I qrupda rus bölməsi üzrə hansı ixtisaslara az yer ayrılıb? - RƏSMİ

Ali təhsil

10 Avqust 2026, 12:37
I qrupda rus bölməsi üzrə hansı ixtisaslara az yer ayrılıb? - RƏSMİ

I ixtisas qrupu üzrə rus bölməsində ən az plan yerlərinin ayrıldığı ixtisaslar müəyyənləşib.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) 4 nömrəli jurnalında məlumat verilib.

Bakı Dövlət Universitetində rus bölməsi üzrə İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi ixtisasına 15 plan yeri ayrılıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində rus bölməsi üzrə Cihaz mühəndisliyi, Energetika mühəndisliyi, Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının hər birinə 15 plan yeri nəzərdə tutulub.

Azərbaycan Memarlıq və İnşaat Universitetində rus bölməsi üzrə İnşaat mühəndisliyi və Meliorasiya mühəndisliyi ixtisaslarının hər birinə 15 plan yeri ayrılıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində rus bölməsi üzrə Texnologiya müəllimliyi ixtisasına 15 plan yeri nəzərdə tutulub.

Azərbaycan Dövlət İqtisad Universitetində rus bölməsi üzrə Kompüter elmləri ixtisasına 15 plan yeri ayrılıb.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında rus bölməsi üzrə Kompüter elmləri ixtisasına 15 plan yeri nəzərdə tutulub.

Milli Aviasiya Akademiyasında rus bölməsi üzrə Aerokosmik mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Mexatronika və robotexnika mühəndisliyi və Mühəndislik fizikası ixtisaslarının hər birinə 15 plan yeri ayrılıb.

Azərbaycan Dövlət Dəniz Akademiyasında rus bölməsi üzrə Dəniz naviqasiyası mühəndisliyi ixtisasına 15 plan yeri nəzərdə tutulub.

Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə Şəhəri) rus bölməsi üzrə Aqromühəndislik, Şərabçılıq, Aqronomluq, Torpaqşünaslıq və aqrokimya və Zoomühəndislik ixtisaslarının hər birinə 15 plan yeri ayrılıb.

SON DƏQİQƏ! Ukrayna Tatarıstanı bombaladı - Ö*lənlər var
Son xəbərlərDaha çox