Azedu.az

“Təhsil TV” internet televiziya platforması yeni saytı ilə fəaliyyətini genişləndirir

Maraqlı

10 Avqust 2026, 13:51
“Təhsil TV” internet televiziya platforması yeni saytı ilə fəaliyyətini genişləndirir

Azərbaycan Respublikasında təhsil sahəsində ilk internet televiziya platforması olan tehsil.tv rəsmi saytı üzərindən yayıma başlayır.

AzEdu.az xəbər verir ki, yeni platforma təhsil sahəsinə aid xəbərlərin, video materialların, verilişlərin, qısa videoların və canlı yayımların vahid sistemdə toplanmasını təmin edir.

Platformanın əsas məqsədi təhsil mühitini zənginləşdirmək, şagird, tələbə, valideyn və müəllimlərin keyfiyyətli tədris resurslarına əlçatanlığını artırmaq, təhsildəki yenilikləri operativ şəkildə ictimaiyyətə çatdırmaqdır İstifadəçilər kompüter, planşet, smartfon və Smart TV vasitəsilə platformaya rahat daxil ola, xəbərləri oxuya, videolara baxa və canlı yayımları izləyə bilərlər. Tehsil.tv YouTube inteqrasiyası sayəsində təhsil tədbirləri, müsahibələr, müzakirələr, konfranslar və xüsusi proqramları real vaxt rejimində təqdim edir.

Platformada məzmun 6 əsas bölmə üzrə strukturlaşdırılıb: Xəbərlər, Press-relizlər, Shorts, Verilişlər, Kəşf et, Canlı yayım. Qeyd edək ki, tehsil.tv texniki baxımdan yalnız xəbər portalı deyil, təhsilə fokuslanan tam funksional rəqəmsal media və internet televiziya platformasıdır.

“Təhsil TV” yalnız rəsmi saytı ilə deyil, müxtəlif sosial media platformalarında da geniş auditoriyanı əhatə edir. Platformanın "Facebook" səhifəsində 100 min, "Instagram" hesabında 58 min, "YouTube" kanalında 42 min, "TikTok" hesabında 40 min və LinkedIn şəbəkəsində 13 mindən çox izləyicisi var. Həmçinin platformanın "WhatsApp"  və "Telegram" kanalı ayrı-ayrılıqda 3 mindən çox istifadəçidən ibarət dinamik auditoriyaya sahibdir.

Zəngin məzmunu və aktiv fəaliyyəti sayəsində “Təhsil TV” sosial şəbəkələrdə hər ay təhsil sahəsi üzrə milyonlarla baxış qazanaraq böyük maraq toplamaqda davam edir.

SON DƏQİQƏ! Ukrayna Tatarıstanı bombaladı - Ö*lənlər var
Son xəbərlərDaha çox