https://www.zirve.edu.az/
27.03.2020 13:42
BMU-da distant təlimlər
Çap et

Bakı Mühəndislik Universiteti (BMU) ilk dəfə distant formada təlimlərə start verib.

 

AzEdu.az xəbər verir ki, mühəndislik, həmçinin memarlıq və inşaat fakültələrinin tələbələri üçün nəzərdə tutulan “Tədqiqat metodları” adlı ilk təlim mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev tərəfindən keçirilib.

 

Universitetdən bildirilib ki, təlimdə elmi məqalə yazarkən diqqət yetirilməli önəmli faktorlara toxunulub, eyni zamanda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Təlimə olan çoxsaylı istəkləri nəzərə alaraq limitli sayda digər universitet tələbələrinə və marağı olan şəxslərə də iştirak hüququ yaradılıb.

 

Qeyd edək ki, ali məktəb yaxın günlərdə iqtisadiyyat və idarəetmə, eləcə də pedaqoji fakültənin tələbələri üçün təlimlərin həyata keçirilməsini planlaşdırır.