https://www.zirve.edu.az/
25.03.2020 10:48
Distant təhsilə keçən müəllimlərə 4 faydalı tövsiyə
Çap et

Koronavirus pandemiyası səbəbiylə dünyanın əksər ölkələrində məktəblər bir müddətlik qapadıldı. Müəllimlər online dərslər keçməklə şagirdlərə dəstək olmağa çalışırlar. Karantin müddətində müəllimlər bu üsullardan yararlansa, çox faydalı olacaqlar:

  1. Sadə dildə izah

Hər müəllim şagirdlərinə yeni mövzu izah etmənin necə bir hiss olduğunu bilir. Müəllimlər bütün qrupa mövzunu izah edir və şagirdlər anlaşılamayan hissələri yenidən sual-cavab edərək öyrənirlər. Online təhsildə bu bir qədər çətinləşir. Bu zaman eyni otaqlarda olmadıqları üçün müəllimin məsuliyyəti daha da artır. Belə olduqda müəllim sadə dildə izah etməli, 1 və ya 2 mənbədən tapşırıqlar verməlidir. Distant təhsil müəllimə “az və düz” prinsipiylə işləməyi öyrədir.

  1. Dijital mərkəz formalaşdırın

Müəllimlər bütün sinifi toplayan bloq və ya səhifə(qrup) yarada bilərlər. Bunun üçün heç bir maddi vəsait tələb olunmur. Belə olduqda interaktiv mühit formalaşır.

  1. Düşündürücü suallar

Şagirdlərinizi komputerdən uzaq tutmaq üçün onlara məntiqi suallar hazırlayın. Bu suallar üzərində xeyli müddət düşünsünlər, çünki tez bir zamanda səhvlərini düzəldən və həllini yazan müəllim yanlarında olmur. Bu tip misal və məsələləri həftəsonu tapşırığı kimi verməlisiniz. Mümkün olsa, onlara test kimi varaintlar da əlavə edin ki, şagirdlərin seçim haqqı olsun.

  1. Şagirdləri özəl hissetdirin

Şagirdləriniz sizinlə canlı təmas üçün darıxırlar. Dərsdə, kolidorda, küçədə onlarla olan dialoqlarınızı düşünürlər. Bunu online dərs zamanı da həyata keçirməyə çalışın. Elə edin ki, şagirdləriniz bunu hiss etsin. Bu səbr tələb edir . Ancaq unutmayın ki,  “Özgənin övladıdır” fikriylə yanaşan müəllim heç vaxt sevilmir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları