Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-19 11:31:00
Parlamentdə təhsillə bağlı hansı qanun layihələri  müzakirəyə çıxarılmalıdır? – Deputat və jurnalist təklifləri

 

 

V çağırış Milli Məclisi buraxıldıqdan sonra təhsilə aid bir çox  qanun layihəsinin müzakirəsi və qəbulu ləngidi. Artıq parlamentin yeni tərkibi təsdiqlənib. Bəs görəsən, ilkin hansı layihələr müzakirəyə çıxarılacaq?

 

Həmçinin, təhsillə bağlı nə kimi yeni layihə təklifləri ilə çıxış etmək daha vacibdir?

 

AzEdu.az mövzuyla əlaqədar deputat və parlament jurnalistinin fikirlərini təqdim edir:

 

VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib ki, elektron və distant təhsillə bağlı təkliflərlə çıxış edəcək:

 

 

 “Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclasında “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklər müzakirə edildi.

 

Dəyişiklik layihələri müzakirələrdən sonra plenar iclasa tövsiyə olundu. Növbəti iclaslarda digər məsələlər barədə məlumat veriləcək. Komitədə fəaliyyətim dövründə təhsilin müxtəlif istiqamətlərinə aid bir sıra təkliflərlə çıxış etməyi planlaşdırıram, məsələn elektron və distant təhsillə bağlı”.

 

Parlament jurnalisti Kamil Həmidov isə yazda olmasa da payız sessiyasında bu istiqamətdə qanun layihələrinin təsdiqlənəcəyinə inanır:

 

“Ali təhsil haqqında” qanun geniş müzakirə tələb etdiyindən qəbul prosesi ləngidi. İnanıram ki, təhsilimiz üçün çox önəmli rol oynayacaq bu qanun VI çağırış Milli Məclisində müzakirəyə çıxarılacaq. Ola bilər ki, yaz sessiyası üçün alınmasın, ancaq payız sessiyasında qəbul olunacaq. Həmçinin “Təhsil haqqında” qanun da təkmilləşdirilməlidir. Arzu edirəm ki, yeni tərkibli Milli Məclis həmçinin qanunların icrası məsələsində də fəal olsun. Qanunların qəbulundan çox icrasında təkidli olmaq lazımdır. 26 ildir ki, parlament müxbiriyəm. Zarafatla özümə “qeyri-rəsmi parlament deputatı” da deyirəm”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları