Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-18 09:46:00
"Sertifikasiya imtahanında müəllim istədiyi vaxt iştirak edə bilməz"-AÇIQLAMA

Sertifikasiya yalnız 5 il müddətində fəaliyyət göstərən müəllimlərə şamil olunur. Bu müddətdən az işləyən müəllimlərin imtahanda iştirakı təmin edilməyəcək”.

AzEdu.az xəbər verir ki, bu fikirləri İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə deyib. O qeyd edib ki, nəzərdə tutulan imtahanda müəllimlər özlərini sınamaq məqsədilə iştirak edə bilməz.

“ Özünü sınamaq və s. məsələlər üçün imtahanda iştirakdan söhbət gedə bilməz. Bu qanunvericiliyə ziddir. Konkret olaraq müəllimlərə sertifikasiya imtahanında iştirak üçün çağırış göndəriləcək”.

O həmçinin bildirib ki, bu il 2020-ci ildə müəllimlərin mərhələli şəkildə sertifikasiyadan keçirilməsi  nəzərdə tutulur.

Məlumat üçün bildirək ki,  əgər müəllim 2018-ci ildə MİQ müsabiqəsində iştirak edərək fəaliyyətə başlayıbsa, o yalnız 2023-cu ildə sertifikasiyadan keçməlidir. Uğur qazanmayan müəllimlərə isə bir il müddətində yenidən iştirak şansı yaradılacaq.