Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-11 17:32:00
“KOICA 2020” magistr proqramları üzrə təqaüd elan edir  

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Koreya universitetlərində fərqli sahə üzrə əyani magistr proqramlarını açıq elan edir.

 AzEdu.az-a xəbər verir ki, təqaüd proqramları Koreyada təhsil almaq istəyən namizədlər, dövlət sektorunda çalışanlar üçün nəzərdə tutulub. Proqrama KOICA təqaüd proqramlarının tələblərinə uyğun olan şəxslər müraciət edə bilərlər. Təqaüdə “Maliyyə və vergi siyasəti”, “Dayanıqlı və inklusiv inkişaf üçün ticarət və sənaye siyasəti”, “İctimai idarəetmə”, “İKT teknosiyasəti”, “Şəhər və regional inkişaf”, “Enerji elmi və siyasəti”, “Kənd təsərrüfatı istehsalı”, “Kənd təsərrüfatı iqtisadiyyatı”, “Gender və kənd icmasının inkişafı”, “Gender və inkişaf”, “Aviasiya idarəetməsi”, “Səhiyyə siyasəti və maliyyələşdirmə potensialının artırılması”, “ASEAN ölkələri üçün elektron hökumət və ictimai idarəetmə”, “ASEAN ölkələri üçün yüksək əlavə dəyərli kənd təsərrüfatı”, “ASEAN ölkələri üçün Smart City” üzrə magistr proqramları daxildir.

Universitetin təqaüd proqramına dair ərizə formaları, tələblər, seçim proseduru və digər informasiyalarla bağlı daha geniş məlumat əldə etmək üçün KOICA-nın rəsmi ingilis dilli http://koica.go.kr/ciat/index.do veb səhifəsinin sağ hissəsində yerləşən “Menu” bölməsindən “Stay Connected → Notice” adlı altbaşlıqlara daxil olub müvafiq sənədlər yüklənilməlidir.

Aprelin 3-dək davam edəcək ərizə qəbulu ilə bağlı hər hansı sual yaranarsa KOICA Azərbaycan Nümayəndəliyinə telefon (+994 12 499 72 14) vasitəsilə müraciət oluna bilər.