https://www.zirve.edu.az/
11.03.2020 14:00
Kino Evində uşaqların iştirakı ilə ingilis dilində tamaşa baş tutdu - FOTO
Çap et

Martın 7-də Azərbaycan Kinematoqraflar İttifaqının dəstəyilə ingilis dilində “Tıq-Tıq xanım” tamaşası nümayiş etdirilib.

Tamaşanı təşkil edən Nağılçının təsisçisi Günel Yaşar  bildirib ki, biletlərin satışından əldə olunan gəlir “SOS Azərbaycan” uşaq kəndlərinə ayrılıb.

Nağılı nümayiş etdirən aktyorlar 3-11 yaş aralığındadırlar. Tamaşanın təşkil olunma məqsədi, uşaqlara ingilis dilinin daha maraqlı öyrədilməsinə kömək etmək, nağıllarımızı xarici dostlarımızla bölüşmək və cəmiyyətimizdə olan bəzi problemləri göstərməkdir. Nağıla bəzi əlavələr olunub.

 G.Yaşar qeyd edib ki, nağılda qlobal istiləşmə haqqında uşaqların çıxışı hər kəsə maraqlı gəlib. Tamaşadakı çobanın qız olmağı isə qadın və kişi bərabərliyini göstərir.

O əlavə edib ki, bu tamaşa tamamilə könüllü şəkildə hazırlanıb. ( oxu.az)