Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-07 16:14:00
Müəllimlərin yerdəyişmə müsabiqəsində diaqnostik qiymətləndirmə balı yetərlidirmi?-CAVAB

Təhsil Nazirliyi sisteminə daxil olan ümumitəhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinin elektron ərizə qəbulu başa çatıb.

AzEdu.az xəbər verir ki, müəllimləri maraqlandıran əsas məsələlərdən biri də yerdəyişmə müsabiqəsidir. Həmin  suallardan birini təqdim edirik.

Sual: Müəllimlərin yerdəyişmə müsabiqəsi zamanı diaqnostik qiymətləndirmədə toplanılan bal keçərlidirmi?

Cavab: Bəli, ötən il olduğu kimi bu il də müəllimlər yerdəyişmə prosesində  həm MİQ müsabiqəsi, həm də diaqnostik qiymətləndirmədə toplanılan  bal əsasında iştirak edə bilərlər.

Qeyd edək ki, müəllimlərin yerdəyişməsi müsabiqəsinin tarixi haqqında hələ dəqiq məlumat yoxdur. Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat veriləcək.