https://www.zirve.edu.az/
06.03.2020 12:54
“Bizim müəllim”
Çap et

AzEdu.az xəbər verir ki, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Daşkəsən rayonu Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbin müəllimi Vəfa Qocayevaya həsr olunub. Vəfa Qocayeva sözügedən məktəbdə rus dili və ədəbiyyatı fənnini tədris edir. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 52 bal toplayıb.

Gənc nəslin yetişməsində müəllim əməyinin mühüm rolunu qeyd edən Vəfa Qocayeva deyir ki,  uzun illərdir çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca ürəyi qürurla dolur.

Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir. (Azərbaycan müəllimi)