Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 15:45:00
Azərbaycan təhsil nümayəndələri Fransada səfərdədirlər  

Tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşlarından, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universitetinin prorektorlarından ibarət nümayəndə heyəti Fransa təhsil sistemi ilə tanışlıq məqsədilə bu ölkədə səfərdədir.

AzEdu.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Versal St-Quentin-en-Yvelines Universitetində (UVSQ) olublar. Onlar Menecmentlik İnstitutunun direktoru Jil Rue, universitetin beynəlxalq əlaqələr, tələbələrlə iş və digər şöbələrinin rəhbərləri ilə görüşüblər.

Görüşlərdə beynəlxalq əlaqələr siyasətinin inkişafı və tələbələrin beynəlxalq əmək bazarlarına uyğunlaşdırılması sahəsində universitetin strategiyaları haqqında məlumat verilib.

Sonra nümayəndə heyəti Fransa Ali Təhsil Nazirliyinin tədqiqatlar və innovasiyalar, eləcə də ali təhsilin mərkəzləşdirilməsi sahəsində əməkdaşlıq departamentinin rəhbəri Joakim Nassar ilə görüşüb.

Nümayəndə heyəti səfər çərçivəsində Strasburq Universitetində də olacaq.