Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-02 13:00:00
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?-CAVAB

Martın 1-i Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

AzEdu.az xəbər verir ki,  9 illik təhsil bazasında birinci mərhələ üzrə keçiriləcək imtahanlar 29 mart tarixində yekunlaşacaq.

İmtahanda iştirak edən namizdələri maraqlandıran əsas məsələ nəticələrin açıqlanması tarixidir.

DİM-dən verilən məlumata görə imtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, ikinci mərhələ üzrə buraxılış imtahanı 14 iyun tarixindən etibarən başlayacaq.