https://www.zirve.edu.az/
28.02.2020 13:14
Valideynlərin diqqətinə! -Bu uşaqların bağçalarda təhsil alması  qadağandır
Çap et

 Növbəti illərdən etibarən, məktəbəhazırlıq qruplarına sənəd qəbulunun elektron şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

AzEdu.az Məktəbəqədər təhsilin təşkili qaydalarını təqdim edir:

Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəqədər təhsil müəssisəsində gün rejimi normaları və qaydaları, uşaqların yaş dövrləri üzrə qruplara bölünməsi, hər bir yaş dövründə təhsilin məzmunu və istiqamətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir. Məktəbəhazırlıq beş yaşlı uşaqlar üçün zəruridir. Məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrində, habelə ailədə həyata keçirilir. Məktəbəhazırlığın təşkili qaydası müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

Bir uşağın, eyni zamanda, dövlət məktəbəqədər və ümumtəhsil müəssisələrində, habelə digər müəssisə və təşkilatlarda dövlət hesabına məktəbəhazırlıq təhsili almasına yol verilmir.

Məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər.

Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

 

Qeyd edək ki, bu barədə Məktəbəqədər təhsil haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUN-da qeyd olunub.

Firayə Allahverdiyeva