Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-27 10:21:00
Qəbul imtahanlarının keçid balı aşağı salınacaq?-CAVAB

Dövlət İmtahan Mərkəzi ali təhsil müsəssisələrinə və AMEA-ya magistraturaya qəbul imtahanlarının nəticələrini açıqlayıb.

 Kifayət qədər bakalavr  qəbul imtahanında minumum keçid balını( 40 bal) toplaya bilməyib.  Onları maraqlandıran əsas məsələ bu il keçid balında hər hansı bir dəyişkiliyin olub olmamasıdır.

DİM-dən AzEdu.az-a verilən məlumata görə magistraturaya qəbul imtahanlarının keçid balında heç bir dəyişiklik olmayacaq.

Məlumat üçün bildirək ki, keçid balları ixtisas qruplarından asılı olaraq dəyişir.

Təhsil,  texniki və texnoloji, səhiyyə, rifah və xidmət ( bədən tərbiyəsi və idman ixtisaslarından başqa)   ixtisaslar qrupu üzrə imtahanın nəticəsinə qoyulan minimal tələblərə görə ümumi intellekt səviyyəsi( məntiqi təfəkkür) 15, informatika 5, xarici dil 5, ümumi bal isə 40 bal müəyyənləşdirilib.

Humanitar və sosial ixtisalar qrupunda ümumi intellekt səviyyəsi( məntiqi təfəkkür), informatika, xarici dil fənləri üzrə müvafiq olaraq 15, 5, 5, ümumi bal isə 50 baldır.

 Həmçinin təbiət, iqtisadiyyat və idarəetmə ixtisaslarında minimal ballar digər qruplarla eyni olsa da, ümumi keçid balı 45 bal müəyyən olunub.

Mədəniyyət və incəsənət, kənd təsərüffatı, xüsusi təyinatlı, bədən tərbiyəsi və idman ixtisasları qrupunda məntiqi təfəkkürün keçid balı digər qruplardan fərqli olaraq 10 baldır. İnformatika və xarici dildə isə minimal bal 5 bal, ümumi isə 30 bal müəyyənləşib.

Qeyd edək ki, bu il keçirilən magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal olub.