Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-26 14:46:00
Ucqar kənd şagirdlərinin Xocalı harayı - İngilis dilində çağırış-VİDEO

Ucar rayon Yuxarı Çiyni kənd Elman Əliyev adına ümumi orta məktəbin müəllimi Quliyeva Səidə Nadir qızının təşkilatçılığı ilə 2-ci sinif şagirdlərinin təqdimatında "Xocalıya Ədalət istəyirik" adlı videoçarx hazırlanıb.

Təşkilatçı müəllim Səidə Quliyeva AzEdu.az-a açıqlamasında videonu qısaca olaraq bu cür dəyərləndirib:

"Səsimizi dünyaya çatdırmaq üçün səsləndirdiyimiz videonu ingiliscədə tərcümə etdik. Kənd məktəbi və mən bir müəllim olaraq Xocalı soyqırımını şagirdlərimin simasında bütün dünyaya çatdırmaq istədim".

AzEdu.az barəsində danışılan həmin videonu təqdim edir: