https://www.zirve.edu.az/
25.02.2020 16:20
NASA-nın ilk afroamerikan qadın riyaziyyatçısı 101 yaşında öldü
Çap et

Amerika Milli Aviasiya və Kosmik Agentliyində (NASA) işləyən ilk afroamerikalı qadın riyaziyyatçısı Katherine Johnson 101 yaşında vəfat edib.

 AzEdu.az   xəbər verir ki, Johnson-un ölümü ilə əlaqədar kədərli xəbər, NASA-nın Tvitter hesabında paylaşılıb. Açıqlamada Johnson "irqçilik və sosial maneələri aşan mükəmməllik mirasına hörmət edən" biri kimi qeyd edilib.

 İcraçı direktor Jim Bridenstine, Johnson-un NASA-nın qapılarını açan ilk qadın və qara olduğunu vurğulayaraq sıx kosmik araşdırmalara rəhbərlik etdiyini vurğulayıb.

 Johnson-un NASA-dakı işi, 2016-cı ildə Oskara namizəd olan "Gizli Fiqurlar" filminin də mövzusu idi.

 2015-ci ildə Johnson, ABŞ-ın o zamankı prezidenti Barak Obama tərəfindən xüsusi “Prezident azadlığı” medalı ilə təltif edilib.