Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-21 15:14:00
Azərbaycan Texniki Universitetində tədbir: Beynəlxalq Ana Dili Günü

Azərbaycan Texniki Universitetində (AzTU) 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Xalq artisti Nurəddin Mehdixanlı çıxış edərək Beynəlxalq Ana Dili Gününün ölkəmizdə geniş şəkildə qeyd olunduğunu bildirib.

Ana dilimizin zənginliyindən danışan N.Mehdixanlı ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə daim xüsusi önəm verdiyini xatırladıb. Qeyd olunub ki, dilimizin rəsmi dövlət dili statusu alması dahi rəhbər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin xidmətləri nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edilib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə qazanılan uğurlardan bəhs edən N.Mehdixanlı ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və onun inkişafı ilə bağlı imzaladıqları sənədlərin əhəmiyyətindən danışıb.

Xalq artisti Eldost Bayram və digər çıxış edənlər də Azərbaycan dilinin zəngin dillərdən biri olduğunu qeyd edib, onun saflığının qorunmasının önəmini vurğulayıblar.

Tədbir bədii hissə ilə davam edib.