Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-18 12:09:00
“Ətraf mühit və təbiəti sevək” adlı müsabiqə elan olunub

Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyi ilə əlaqədar Dendrologiya İnstitutunda Xəzər Rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Ətraf mühit və təbiəti sevək” adlı elmi seminar və rəsm, fotoşəkil və əl işlərindən ibarət müsabiqə elan olunub.

AzEdu.az xəbər verir ki, məqsəd ətraf mühitin mühafizəsi sahəsində insanların bilik və bacarıqlarını artırmaq, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsinə nail olmaqdır. Müsabiqədə iştirak etmək istəyənlər ad və soyadını, təvəllüdünü, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə aprelin 10-dək əl işlərini AMEA Dendrologiya İnstitutunun [email protected] və ya [email protected] ünvanlarından birinə göndərməlidirlər.

Müsabiqədə bütün könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak edə bilərlər. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiyanın motivi, rəng seçimi və ideya əsas götürüləcək. Uşaqların əl işlərində kənar müdaxiləyə (müəllimlərin, valideynlərin) yol verilməməsi və yeni yaradılmış əsərlərin təqdim edilməsi arzu olunur. Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.

İlk üç yerin qalibləri (I yer – 300 manat; II yer – 200 manat; III yer – 100 manat) mükafatlandırılacaq.