Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-17 09:31:00
Çindən təxliyə edilən tələbələr Kliniki Tibbi Mərkəzə yerləşdirildi

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Kliniki Tibbi Mərkəzin Yoluxucu şöbəsində müalicə alan xəstələrlə bağlı məlumat açıqlayıb.

 Modern.az-a daxil olan birgə məlumata görə, fevralın 17-si üçün KTM-in Yoluxucu xəstəliklər şöbəsində 2 nəfər müalicə alır:

 “Bunlar Çinin Çançun şəhərində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı və Çinin Uhan şəhərində təhsil alan 1992 ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır.

 Qeyd edilən tələbələr fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər. Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub, yəni onların səhhətində heç bir problem aşkarlanmayıb. Karantin müddəti bitdikdən sonra Bakıya qayıdan zaman bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Bu gün saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir”.

 Çində təxliyyə edilən tələbələr Kliniki Tibbi Mərkəzə yerləşdirildi“. Hazırda xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsində 1 nəfər qalır. Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır heç bir şikayəti yoxdur”.