https://www.zirve.edu.az/
16.02.2020 14:15
Böyük hesablamalar necə yerinə yetirilir? – AMEA-da müzakirələr aparıldı  
Çap et

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Paralel proqramlaşdırma: əsas yanaşmaların analizi” mövzusunda seminar keçirilib.

AzEdu.az-ın məlumatına görə, çıxış edənlər bildirib ki, ənənəvi üsullarda proqramlar ardıcıl hesablamalar şəklində yazılaraq kompüterdə bir prosessor tərəfindən yerinə yetirilir, məsələlər müxtəlif əmrlərə bölünür, hər bir əmr digərindən sonra işlənir və eyni anda yalnız bir əmr yerinə yetirilir. Paralel proqramlaşdırma üsulu ilə məsələnin həllində eyni vaxtda birdən çox prosessordan istifadə olunur. O, eyni anda həll ediləcək məsələnin müxtəlif hissələrinə bölünür və əmrlər eyni vaxtda fərqli prosessorlarda yerinə yetirir.

Qeyd olunub ki, paralel proqramlaşdırmada elmin müxtəlif sahələrində meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən məsələlərin həllində geniş istifadə olunur.

Paralel proqramlaşdırmada OpenMP, MPI (Massively Parallel İnterface), PVM (Paralel Virtual Machine), CUDA kimi müxtəlif proqram interfeysləri istifadə olunur. Bir növ tətbiqi proqramlaşdırma interfeysi olan OpenMP özündə kitabxanaları (tətbiqi proqram əlavələrini), kompilyator direktivlərini və əməliyyat sistemi sazlamalarını saxlayır və yalnız paylaşılan (shared) yaddaş sistemlərini hədəf alır.

Sonda isə yaddaşlı və çoxprosessorlu hesablama sistemlərində (MPP arxitekturlu) alt proqramlara bölünmüş proqramın paralel yerinə yetirilməsini təmin edən MPI proqram interfeysi barədə məlumat verilib.