Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-14 10:50:00
Magistraturaya ərizə qəbulu başa çatdı

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başa çatıb.

AzEdu.az-ın xəbərinə görə, 15703 bakalavr elektron ərizəsini təsdiq edib.

Onlardan 14404-ü Azərbaycan, 1299-u rus bölməsi üzrədir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək.