Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-09 13:39:00
7 milyon insanı xərçəngdən qorumaq mümkündür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əsas tədbirlərin görülməsi ilə yaxın 10 ildə 7 milyon insanın xərçəngdən qoruna biləcəyini açıqlayıb.

AzEdu.az xəbər verir ki, ÜST 4 fevral - Ümumdünya Xərçəng Günü ilə əlaqədar bir açıqlama verib.

Müvafiq olaraq, mövcud şərtlərdə yaxın 20 ildə xərçəng sayının 60% artması gözlənilir. Yeni xərçəng hadisələrinin 81%-i aşağı-orta gəlirli ölkələrdə ortaya çıxacaq.

Buna səbəb isə bu ölkələrin peyvənd, ana ilə uşağının sağlamlığı, xərçəng diaqnozu və müalicə xidmətinin keyfiyyətsizliyi və ya olmamasıdır.

Halbuki çox əsas və mühüm tədbirlərin görülməsiylə önümüzdəki 10 ildə 7 milyon insan xərçəngdən qoruna biləcək.

 

Bu tədbirlər çərçivəsində ən əhəmiyyətliləri bunlardır: Tütün istifadəsinin azaldılması (tütün xərçəng ölümlərinin 25%-ini təşkil edir), hepatit B-yə qarşı peyvəndlənmə (qaraciyər xərçəngindən qoruyur), Servikal xərçəngin HPV peyvəndiylə eliminasiyası və darama proqramları.