Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-09 11:42:00
“Türkiyə və Azərbaycan universitetləri arasında əməkdaşlığın genişlənməsi vacib və təqdirəlayiqdir”

Son vaxtlar Azərbaycan və Türkiyə universitetləri arasında əlaqələrin inkişafı, əməkdaşlığın genişlənməsi müşahidə edilir. Hansı ki, bu proses Azərbaycan Texniki Universitetinin (AzTU) timsalında daha aydın nəzərə çarpır. Belə ki, son dönəmlər AzTU ilə Türkiyənin bir neçə universiteti arasında əməkdaşlıq haqqında müqavilələr imzalanmaqda, razılıqlar əldə ediməkdədir.

 

AzEdu.az xəbər verir ki,  profesor Vilayət Vəliyevin AzTU-ya rektor təyin edilməsindən sonra adıçəkilən universitetin dünyanın digər qabaqcıl ölkələrinin ali məktəbləri ilə də əlaqələri sürətlə genişlənməkdədir.

 

Maraqlıdır, AzTU-nun timsalında universitetlərimizin Türkiyə ali məktəbləri ilə əlaqələri genişləndirməsi həm təhsil uğurlarımızın artırılması, həm də qardaş ölkə ilə elmi-mədəni təmasların genişləndirilməsi baxımından nə dərəcədə önəmlidir?

 

Millət vəkili, professor Nizami Cəfərov Türkiyə universitetləri ilə əməkdaşlığın genişləndirilməsinin vacib və təqdirəlayiq olduğunu vurğuladı:

 

“Təbii ki, bu əməkdaşlıq olduqca əhəmiyyətlidir. Türkiyə universitet təhsili sahəsində böyük nailiyyətlər qazanıb. Onu da unutmaq olmaz ki, biz bir millət, iki dövlətik. Türkiyə və digər türkdili ölkələrin universitetləri ilə bizim universitetlərimiz əməkdaşlığı genişləndirməlidir. Lakin bu əməkdaşlıq formal xarakter daşımamalıdır. Biz əvəllər də Türkiyə ali məktəblərinin təcrübəsini öyrənmişik. Indi isə Türkiyənin də Azərbaycan universitetlərindən öyrənə biləcəyi şeylər var.

Sovet dönəminin sonlarında bizim müəllimlər Türkiyə univrsitetlərində böyük nüfuz sahibi idilər. Elmi şəxsiyyətlərimiz o zaman çox idi, lakin universitetlərimizin durumu o qədər də yaxşı deyildi. Çünki ümumilikdə ölkəmizin vəziyyəti acınacaqlı idi. Indi isə bizim universitetlətimiz də təşkilatlanıb.Türkiyə universitetləri də bizim universitetlərimizdən öyrənməlidir və öyrənirlər də.

 

Hesab edirəm ki, bu əlaqələr qarşılıqlı şəkildə davam etməlidir. Bu, bizim ilk növbədə taleyimizə yazılan bir məsələdir.

 

Türkiyə bu gün də öndə gedən təhsil sisteminə malikdir. Türkiyənin tarixi, beynəlxalq aləmdə tanınan, təhsil təcrübəsi olan uniersitetləri ilə elmi əməkdaşlıq olduqca vacibdir”.