Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-08 17:55:00
Vikipediyada dəqiq elmlər haqqında məqalələr yaradılır  

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən müxtəlif elm sahələri haqqında məqalə yaradılması, zənginləşdirilməsi və redaktə olunması prosesi davam edir.

 Bu barədə AzEdu.az-a MEK-dən məlumat verilib.

Bildirilib ki, məqalələr ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, qədim abidələri, eləcə də digər mövzuları əhatə edir.

Qeyd olunub ki, Vikipediyada humanitar mövzularla yanaşı, dəqiq, texniki elmlər haqqında da məqalələr yaradılır.

 Belə ki, könüllülər tərəfindən kimya sahəsi üzrə oksigen, Gibbs enerjisi, kalium xlorat, kalium permanqanat, kombinatorial məntiq, antropin, həmçinin farmakologiya haqqında maraqlı məlumatlar Vikipediyada yerləşdirilib.

 Onu da bildirək ki, Vikipediyada bu istiqamətdə məqalə yaradılması prosesi davam edi