![](https://azedu.az/uploads/news/2020/02/azedu.az_sambo90_24.jpg)
3-5 fevral 2020-ci il tarixlərində sambo idman növü üzrə 2005-2006-cı və 2007-2008-ci il təvəllüdlü idmançılar arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib.
AzEdu.az xəbər verir ki, yarışlarda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəbləri və idman klublarından 10 komanda olmaqla 200-ə yaxın idmançı mübarizə aparıb.
Hər yaş qrupunda 10 çəki dərəcəsi üzrə keçirilən yarışlarda komanda hesabında 2005-2006-cı il təvəllüdlü idmançılar arasında I yerə “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, II yerə “Təhsil” RİM-in 6 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, III yerə isə “Təhsil” RİM-in 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası layiq görülüb. 2007-2008-ci il təvəllüdlü idmançılar arasında isə “Təhsil” RİM-in 6 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası I, “Təhsil” RİM-in 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası II, Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası isə III yerə layiq görülüb.
Qaliblər medal və diplomlarla təltif ediliblər.
Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq yaş qrupları üzrə yığma komandasının formalaşdırılması, uşaq və yeniyetmələr arasında sambo idman növünün təbliğ edilməsi, yarış təcrübəsinin artırılması, idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub. (Azərbaycan müəllimi)
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)