![](https://azedu.az/uploads/news/2020/02/azedu.az_1581055961085_EOYcXasf_374.jpeg)
“Yüksəliş” müsabiqəsində imtahan suallarının sızması, o cümlədən Onlayn mərhələdə müsabiqə iştirakçısının kənar yardımdan, digər vasitələrdən hansı dərəcədə sui-istifadə etmək imkanlarının olduğu və bunun hansı nəticələrə yol aça biləcəyinə aydınlıq gətirilib.
AzEdu.az-ın məlumatına görə, bu gün “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin başa çatması ilə bağlı keçirilən mətbuat konfransında Gənclər və idman nazirinin müavini, "Yüksəliş müsabiqəsi" ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, internetin sürətinin 100 Kbit olması yetərlidir və Onlayn mərhələsində iştirakçılar hətta mobil telefon vasitəsi ilə kompüteri internetə qoşmaqla da Onlayn mərhələsində iştirak edə bilərlər.
F. Hacıyev nəzərə çatdırıb ki, “Yüksəliş” müsabiqəsində imtahanların suallarının kənara sızması imkanı tam aradan qaldırılıb: “Həmin suallar Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanacaq və həmin sualları hazırlayan müəllimlər bunkerdə olacaq, mərhələ başa çatana qədər bunkerdə qalacaqlar”.
Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev qeyd edib ki, Onlayn mərhələdə imtahan zamanı bir sual üçün ayrılan 30 saniyə ərzində hansısa namizəd bir sualı cavablandırmırsa, sistem növbəti suala keçir: “Əgər namizəd 30 saniyə ərzində qeyri-adi bacarığa malik olub, həmin suala cavab tapmaq üçün başqa vasitədən istifadə etsə, həmin suala uyğun suallar müsabiqənin əyani mərhələsində də veriləcək. Beləliklə, biz əyani mərhələdə iştirakçının Onlayn mərhələdə kənar yardımdan istifadə etdiyini müəyyənləşdirəcəyik və onu müsabiqədən kənarlaşdıracağıq”
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)