Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-06 18:00:00
Gənclər Fondu qrant müsabiqəsi elan etdi

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

 Fonddan AzEdu.az-a  verilən məlumata görə, iclasda 2019-cu ildə görülmüş işlər barədə yekun hesabat dinlənilib. Eyni zamanda, 2020-ci il üzrə Fəaliyyət Planı, Könüllülük ili ərzində təşkil olunacaq tədbirlər və Gənclər təşkilatlarının layihələrinin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi üçün mövzular müzakirə olunaraq təsdiqlənib.

 Həmçinin, Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə A və B kateqoriyaları üzrə 14-cü qrant müsabiqəsi elan edilib. 10 fevral - 10 martda gənclər təşkilatları təsdiqlənmiş mövzular üzrə layihələrini Gənclər Fonduna təqdim edə bilərlər.

 Müşahidə Şurasının digər qərarına əsasən fiziki şəxslərin layihələrinin maliyyələşdirilməsi istiqamətinə xüsusi yenilik tətbiq edilib. Gənclər aktual mövzular üzrə layihələrini artıq il boyu Gənclər Fonduna təqdim edə biləcəklər. Müşahidə Şurasının müvafiq qərarına uyğun olaraq, müsabiqə mövzuları Gənclər Fondu tərəfindən gənclərlə aparılacaq müzakirə və sorğular əsasında ən geci 15 gün ərzində müəyyənləşdirilərək, dərc olunacaq.

 İclasda həmçinin Naxçıvan Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyevin 2 illik hesabatı və növbəti il üzrə nəzərdə tutulan fəaliyyət planının təqdimatı keçirilib.