Azedu.az

DİM-in gözlənilən vəsaiti çap olunub

3 Fevral 2020, 15:52
DİM-in gözlənilən vəsaiti çap olunub

“Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün magistraturaya qəbul elan edib.

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) , informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc edilib.

Qeyd edək ki, jurnalı DİM-in  binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox