![](https://azedu.az/uploads/news/2020/02/azedu.az_azedu_713.jpg)
AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi”nin qalibi Rəsidə Məmmədovanın “Ürəklərə gedən ipək yol” layihəsi başa çatıb. Layihənin yekunu ilə bağlı Lənkəran şəhər 8 nömrəli tam orta məktəbində təhsil ictimaiyyəti üçün tədbir keçirilib. Masallı, Astara və Lerik rayonlarının təhsil işçilərinin də dəvət olunduğu tədbirdə 70 nəfərdən çox təhsil işçisi iştirak edib.
Layihə rəhbəri R.Məmmədova dövlətin təhsilə qayğısından, Təhsil Nazirliyinin innovativ müəllimlərin aşkar edilməsi üçün həyata keçirdiyi layihələr və “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin təhsilə verdiyi töhfələrdən danışıb. O, həmçinin qalib olduğu layihə və layihənin məqsədləri, bu çərçivədə görülən işlərdən söz açıb, layihəyə cəlb olunan sağlamlıq imkanları məhdud şagirdlərin müəyyən edilərək, milli- mənəvi dəyərlərimizin simvolu olan xalça sənətinin onlara öyrədilməsindən bəhs edib. Tədbirdə sağlamlıq imkanları məhdud olan 5 nəfər şagirdin xalçaçılıq sənəti üzrə təlim prosesini əks etdirən qısa videorolik təqdim olunub.
Xalçaçılıq üzrə 3 aylıq təlim kursu keçən 5 nəfər sağlamlıq imkanları məhdud şagirdə sertifikatlar və müxtəlif hədiyyələr təqdim edilib.
Tədbirin yekununda Lənkəran rayonunun müxtəlif məktəblərində fəaliyyət göstərən özfəaliyyət dərnəklərinin, həmçinin Həqiqət Rzayeva adına musiqi məktəbinin şagirdləri tərəfindən hazırlanan rəqs və musiqi nömrələri iştirakçılara təqdim olunub.
Layihənin həyata keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud olan şagirdlərin özlərini cəmiyyətdə yararlı insanlar kimi hiss etmələri, onlarda peşə və sənət vərdişlərinin aşkar edilməsi, həmin şagirdlərin gələcəkdə məşğulluğunu təmin etməkdən ibarətdir.(Azərbaycan müəllimi)
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)