![](https://azedu.az/uploads/news/2020/02/azedu.az_BMU_464.jpg)
2 fevral - Azərbaycan Gəncləri Günüdür. Bu günün Gənclər Günü kimi elan olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin imzaladığı Fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb.
Bu siyasət çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnməsi və şəxsiyyət kimi yetişməsi üçün davamlı işlər həyata keçirilir. Eyni zamanda, gənc kadrların irəli çəkilməsi üçün ardıcıl işlər həyata keçirilir.
Hazırda BMU-da çalışan şəxslərin əksəriyyəti gənclərdir. Belə ki, son illər BMU-da elmi-pedaqoji fəaliyyətlə məşğul olan gənc müəllimlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə universitetdə çalışan 40 yaşadək olan müəllimlərin sayı 112-dən 163-ə (45,5 faiz artım) çatıb. Universitetin professor-müəllim heyətinin orta yaş həddi isə 42-dir.
BMU tələbə klublarının sayına və tələbə fəaliyyətlərinin müxtəlifliyinə görə ölkəmizin universitetləri arasında ən aparıcı yeri tutur. Universitetdə 50-yə yaxın tələbə klubları fəaliyyət göstərir və onların fəaliyyətinin ictimailəşməsi təmin olunur. Universitetdə, eyni zamanda 4 tələbə təşkilatı Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, YAP Gənclər Təşkilatı (YAP GT) fəaliyyət göstərir.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)