Azedu.az

Avqustun 13-də meteor yağışı olacaq

Maraqlı

4 Avqust 2026, 12:00
Avqustun 13-də meteor yağışı olacaq

Avqustun 24-dək Perseid meteor yağışı müşahidə olunacaq. Meteor axınının maksimum aktivliyi isə avqustun 13-də Bakı vaxtı ilə saat 06:00-da baş verəcək.

Bu barədə AzEdu.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

"2026-cı ildə Perseid meteor yağışının maksimumu Yeni Ay fazasına təsadüf edir. Ay işığının olmaması səmanın kifayət qədər qaranlıq olmasını təmin edəcək və meteorların müşahidəsinə demək olar ki, mane olmayacaq. Bu səbəbdən 2026-cı il Perseid meteor yağışının son illərin ən əlverişli müşahidə imkanlarından biri hesab olunur", - məlumatda qeyd olunub.

Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Son xəbərlərDaha çox