Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-30 16:20:00
“Yüksəliş” müsabiqəsində iştirak üçün artıq səkkiz min nəfər qeydiyyatdan keçib

“Yüksəliş” müsabiqəsində iştirak etmək üçün artıq 8000 nəfər qeydiyyatdan keçib.

AzEdu.az xəbər verir ki, bu barədə “Yüksəliş” müsabiqəsinin “Facebook” səhifəsi məlumat yayıb.

Bildirilir ki, müsabiqənin finalçıları şəxsi inkişaf planları, qaliblər isə idarəçi rəhbərlərlə çalışmaq imkanı, eləcə də fərdi inkişaf üçün 20 min manat məbləğində qrant əldə edəcəklər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinə dekabrın 27-dən start verilib. Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Dövlət qulluqçularının da müsabiqəyə qatılmasında hər hansı məhdudiyyət yoxdur. “Yüksəliş" müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır.