Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-26 15:40:00
Anton Pavloviç Çexovla bağlı sərgi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli rus yazıçısı, dramaturq Anton Pavloviç Çexovun 160 illik yubileyi münasibətilə sərgi açılıbSərgidə yazıçının rus dilində çap olunan 146 əsəri və haqqında yazılan  203 sənəd Azərbaycan dilində isə  27 seçilmiş əsəri və yazıçı haqqında 29 sənəd nümayiş olunur.

AzEdu.az xəbər verir ki, kitabların sırasında “Seçilmiş əsərlər”, “Собрание сочинений. 12т.”, “Полное собрание сочинений и писем. 30 т.”, “Избранные произведения в трех томах”, “Вишневый сад”, “Дама с собачкой” və s.  yer alıb.

 Məlumat üçün bildirək ki, 1860-cı il yanvarın 29-da Rusiyanın Taqanroq şəhərində anadan olan Çexov ixtisasca həkim olsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb. O, 25 illik yaradıcılıq dövründə 500-dən çox əsər yazaraq, yazıçı-dramaturq kimi klassik rus ədəbiyyatının ən yaxşı nümunələrini yaradıb.

 Dahi rus yazıçısı Lev Tolstoy A.P.Çexov haqqında deyib: "Əgər bütün rus ədəbiyyatı təsadüfən yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi".

(Azərbaycan müəllimi)

 

A.P.Çexovun əsərləri MEK-də dünya ədəbiyyatı nümunələri sırasında yer almaqdadır.