Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-26 14:26:00
DİM-in sədri Saatlı rayonunda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Saatlı rayonunda vətəndaşları qəbul edəcək

AzEdu.az xəbər verir ki, qəbulda Şirvan şəhəri, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul yanvar ayının 31-də, saat 11:00-da, Saatlı şəhəri Gənclər Mərkəzində (ünvan:Saatlı şəhəri, H.B.Zərdabi küçəsi, 71a) keçiriləcək. 

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şirvan Regional Bölməsinə (ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə pr., 19 ) müraciət etmələri (əlaqə telefonu: (021)215-15-23) xahiş olunur.

Bundan əlavə, qəbul gəlmək istəyənlər 24-30 yanvar tarixlərində saat 10:00-dan 17:00-dək Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayon Təhsil Şöbələrinə müraciət etməklə də qeydiyyatdan keçə bilərlər. 

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 
Günel Yaşarqızı
Müəllifin digər yazıları