Azedu.az

Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkdi

Orta təhsil

Təhsil Nazirliyi

24 Yanvar 2020, 15:39
Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkdi

Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib. 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" səhifəsində məlumat paylaşıb.

O bildirib ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı yanvarın 23-də məktəbə gedərkən minik avtomobili vurub: "Onların hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini "Baku City Hospital"da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox