Lənkəran rayon Viravul kənd 2 nömrəli tam orta məktəbinin gənc direktoru Araz Babayevin təşəbbüsü ilə böyük summativ qiymətləndirmənin mərkəzləşdirilmiş qaydada təşkil olunub.
"Bir" könüllü-tələbə proqramının könüllüləri nəzarətçilik və yoxlama prosesinin təşkilinə cəlb ediliblər.
Öhdəliklərini yüksək səviyyədə həyata keçirən könüllülər məktəb direktoru tərəfindən təşəkkürnamə ilə qiymətləndirilib.
Gənc direktor AzEdu.az-a açıqlamasında mərkəzləşdirilmiş qaydlara əsasən keçirilən BSQ barəsində bunları deyib:
“Böyük Summativ Qiymətləndirmə zamanı obyektivliyi daha da artırmaq məqsədi ilə 5-11-ci siniflərdə təhsil alan 188 şagird üçün mərkəzləşdirilmiş qaydada imtahan təşkil etdik.
İmtahan prosesində nəzarətçilik və cavabların yoxlanılması prosesinə "Bir" könüllü-tələbə proqramının könüllülərini cəlb etdik.
Könüllülər öhdəliklərini yüksək səviyyədə yerinə yetirdikləri üçün məktəb tərəfindən təşəkkürnamə ilə mükafatlandırıldılar. İmtahanın yüksək səviyyədə təşkil olunmasında əməyi olan hər kəsə təşəkkür edirik”.
kitabı