Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-21 14:14:00
Sertifikatlaşdırma nədir və  hansı müsbətlərə səbəb olacaq?-Müəllimlərin diqqətinə

Ötən həftə müəllimlərin uzun müddət gözlədiyi sertifikatlaşdırma məsələsi yenidən  gündəmə gəlib.

 AzEdu.az  xəbər verir ki, Təhsil Nazirliyi sertifikatlaşdırmanın 2020-ci ildə baş tutacağı haqqında məlumat yayıb.

Bəs, ümumiyyətlə sertifikatlaşdırma nə deməkdir?

Sertifikatlaşdırma (latıncadan “sertifico” – təsdiq edirəm) – istehsalçıdan və istehlakçıdan asılı olmayaraq rəsmi orqan tərəfindən məhsulun qoyulmuş tələblərə uyğunluğunun yazılı şəkildə təsdiqi prosedurudur.

Uyğunluq sertifikatı – obyektin texniki reqlamentlərə, standartların və qaydaların müddəalarına, müqavilə şərtlərinə cavab verib vermədiyini şəhadət edən sənəddir.

Sertifikatlaşdırma dedikdə həm də sertifikatın alınması prosesi nəzərdə tutulur.

Sosial şəbəkələrdə sertifikatlaşdırmanın keçirilmə qaydaları müzakirə olunur . Yayılan məlumatlara görə imtahanın şifahi keçiriləcəyi ehtimallaşdırılır.

 Nazirlikdən AzEdu.az-a verilən məlumata əsasən,  dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesini tənzimləyəcək qaydalar layihəsi müzakirə mərhələsindədir. Hazırda “Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılma Qaydası” layihəsi mütəxəssislərin iştirakı ilə müzakirə olunur. Müzakirələr başa çatdıqdan sonra yekun sənəd təsdiq üçün hökumətə təqdim ediləcək.

Sertifikatlaşdırma prosesinin aparılması qaydası təsdiq edildikdən sonra prosesin nə zaman və hansı formada keçiriləcəyi ilə bağlı rəsmi məlumat veriləcək.

Qeyd edək ki, MİQ müsabiqəsində iştirak edən müəllimlər sertifikatlaşdırmadan azad olunacaq.