Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-20 13:33:00
Məktəblilər fənn olimpiadalarının rayon mərhələsində

AzEdu.az xəbər verir ki, İmişli şəhər 5 nömrəli məktəb-liseydə 2019-2020-ci tədris ili üçün Respublika fənn olimpiadalarının  rayon mərhələsi keçirilib.

Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etməkdir.

Respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə 9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilib. Şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Məktəblilərin fənn olimpiadalarının rayon mərhələsində rayonun ümumtəhsil məktəblərindən 436 nəfər şagird iştirak edib.

Fənn olimpiadasının iştirakçıları rayon mərhələsinin nəticələrini təhsil aldıqları ümumtəhsil  müəssisələrindən öyrəniblər. (Azərbaycan müəllimi)

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi