![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_modern.az_1579509751.qarba_696_190.jpg)
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nobel Sülh Mükafatının SSRİ-nin sabiq Prezidenti Mixail Qorbaçovdan geri alınması üçün Azərbaycandakı ictimai təşkilatlara çağırış edib.
AzEdu.az-ın məlumatına görə, H. Hacıyev deyib ki, həmin dövrdə SSRİ-yə rəhbərlik etmiş, 20 Yanvar hadisələrinin törədilməsi ilə bağlı qərar vermiş Mixail Qorbaçova 20 Yanvar faciəsindən bir neçə ay sonra Nobel Sülh Mükafatının verilməsi kifayət qədər ziddiyyətli qərardır.Hacıyev bildirib ki, Nobel Sülh Mükafatının verilməsi üzrə komitənin öhdəlikləri sırasında bu qəbildən olan qərarların nəzərdən keçirilməsi kimi məsələlər də var: “Amma onu da nəzərə almaq lazımdır ki, sülh sahəsində Nobel mükafatını təqdim edən komitə ictimai əsaslarla çalışır, dövlətlər tərəfindən daxil olan müraciətləri qəbul etmir. Ona görə də ictimai müstəvidə fəal işin aparılmasına ehtiyac var. Düşünürük ki, beynəlxalq ictimaiyyət və ölkənin ictimai təşkilatları səviyyəsində bu istiqamətdə addımların atılması və sülh sahəsində Nobel mükafatını təqdim edən komitəyə müraciətlərin göndərilməsi çox vacibdir”.
Xatırladaq ki, H. Hacıyev yanvarın 17-də ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Mixail Qorbaçova verilmiş Nobel Sülh Mükafatını geri almağın hələ də gec olmadığını bəyan edib.
Qeyd edək ki, sülh sahəsində Nobel mükafatı Norveç parlamentinin (Stortinq) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)