https://www.zirve.edu.az/
14.01.2020 17:00
UFAZ-da anlaşma memorandumları
Çap et

Yanvarın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Total E&P Abşeron” şirkəti – Strasburq Universiteti (Unistra) – UFAZ, “Total E&P Abşeron” şirkəti – Fransanın Azərbaycandakı səfirliyi, eyni zamanda, “Paşa Bank” ASC - Strasburq Universiteti - UFAZ arasında əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində anlaşma memorandumları imzalanacaq.

AzEdu.az xəbər verir ki, sənədlər ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, “Total E&P Abşeron” şirkətinin prezidenti Regis Agut və “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov tərəfindən imzalanacaq.

 Məlumat üçün bildirək ki, UFAZ-da  geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir.