Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-11 16:58:00
İqtisadiyyat İnstitutunun doktorantura və dissertanturasına 39 nəfər sənəd verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun doktorantura və dissertanturasına sənəd qəbulu başa çatıb.

AzEdu.az-ın verdiyi məslumata görə, İnstitutun Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva AZƏRTAC-a bildirib ki, fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktoranturaya 24 nəfər, fəlsəfə doktoru hazırlığı proqramı üzrə dissertanturaya 7 nəfər, elmlər doktoru hazırlığı proqramı üzrə dissertanturaya 8 nəfər sənəd verib.

Xatırladaq ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər ilk dəfə olaraq bu il xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər. İmtahandan uğurla keçənlər müsabiqəyə buraxılacaqlar.