Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-06 17:53:00
Azərbaycanın geosistemlərində baş verən dinamik dəyişikliklər tədqiq olunur

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Azərbaycanın geosistemlərində təbii-antropogen təsirlər nəticəsində baş verən dinamik dəyişikliklər və onların proqnozlaşdırılması problemləri” mövzusu üzrə araşdırmalar aparılır.

İnstitutdan  bildirilib ki, Lənkəran geosistemlərinin landşaft-ekoloji müxtəlifliyinin dinamikası və optimallaşdırılması yolları tədqiq olunub, landşaft xəritəsi tərtib edilib. Məlum olub ki, XIX əsrin əvvəlindən indiyə kimi Cənubi Muğanın bozqır landşaftları meşə landşaftına doğru öz sərhədini 20–25 kilometrə qədər genişləndirib. Hazırda tədqiqat ərazisinin geokimyəvi xüsusiyyətləri öyrənilir.