![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_imiwli30.12.2019_1577702578_880.jpg)
İmişli şəhər 5 nömrəli məktəb-liseyin 8-10-cu sinif şagirdləri arasında fizika fənni üzrə “breyn-ring” keçirilib.
AzEdu.az xəbər verir ki, yarışda şagirdlər “Betta”, “Alfa” və “Qamma” komandalarına ayrılaraq 3 turda mübarızə aparıblar. İlk mərhələdə suallar aparıcılar tərəfindən təqdim edilib, ikinci mərhələdə hər komanda üzrə çıxışlar olub. Üçüncü mərhələdə isə komandalar bir-birlərinə suallar verib. Sonra düz cavab verənlərə hədiyyələr təqdim olunub.
Turlar arasında uşaqlar fizikaya aid mahnılar oxuyub, özləri hazırladıqları idarə olunan müxtəlif qurğular nümayiş etdiriblər. Münsiflərin qiymətləndirməsinə əsasən, qalib komanda müəyyən edilib.
Sonda məktəbin direktoru Validə Zülfüqarova çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, bunun şagirdlərin fizikaya həvəsləndirilməsində böyük rolu olduğunu bildirib.
Yarışın qalibi olan “Betta” komandası məktəb direktoru tərəfindən simvolik qızıl və gümüş medallarla təltif olunub, bütün iştirakçılara diplomlar təqdim edilib.(Azərbaycan müəllimi qəzeti)
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)