Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-05 14:01:00
Rezident olmaq istəyənlərin nəzərinə: Dəyişikliklər keçid balına necə təsir edəcək?

Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən edilən dəyişiklik rezident olmaq istəyənlərdə xeyli suallara yol açıb. Onları maraqlandıran əsas məqamlardan biri də dəyişikliklərin keçid ballarına necə təsir edəcəyi ilə bağlıdır.

Sual:

Müsabiqənin I mərhələsinin keçid balında dəyişiklik gözlənilir?

Cavab:

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumaa görə, müsabiqə şərtləri dəyişməyib. Gələcəkdə hər hansı dəyişiklik olarsa, bu barədə namizədlərə məlumat veriləcək.

Hazırda rezidenturaya qəbul olmaq üçün 100 baldan 40 bal toplamaq lazımdır.

Qeyd edək ki, dəyişiklərə əsasən, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanların nəticələri 5 il qüvvədə qalır. Yəni, onlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar.

“İxtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar.

Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları