https://www.zirve.edu.az/
04.01.2020 15:52
DİM qabiliyyət imtahanlarına yeniliklər edib- Abituriyentlərin nəzərinə
Çap et

2019-cu ildə Dövlət İmtahan Mərkəzi  ümumi orta təhsil bazasından imtahanlarda iştirak etmək istəyən 3105 abituriyentin yaradıcılıq qabiliyyətinin yoxlanılması üçün imtahanların keçirilməsini təşkil edib.

AzEdu.az xəbər verir ki, DİM  bu ildə qabiliyyət  imtahanın məzmunu ilə bağlı yeniliklər edib.

2019-cu ilin əvvəlində Dizayn ixtisası üzrə təhsil almaq istəyən abituriyentlərin daha əlverişli qəbul şərtləri ilə imtahan vermələri üçün mövcud iki komissiya vahid komissiyada birləşdirilib.. Kompozisiya imtahanının məzmunu dəyişdirilib.

 Digər bir yenilik isə “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının ilk dəfə çap edilməsidir. Jurnalın 2 sayı nəşr edilib.

Həmçinin musiqi sənəti üzrə keçirilən imtahanlarda ilk dəfə olaraq dinləmə suallarından istifadə edilib. Musiqi təhsili üzrə sənəd tələb olunmayan ixtisaslara qəbul üçün musiqi 6 nəzəriyyəsi və solfecio imtahanının elektron imtahan kimi keçirilməsinə hazırlıq üçün dinləmə tapşırıqları ilə yanaşı iki variantda kitabça hazırlanıb.

Qabiliyyət imtahanlarında abituriyentlərin yaradıcılıq qabiliyyətinin qiymətləndirilməsində şəffalığın təmin edilməsi məqsədilə xüsusi qabiliyyət imtahanlarında ekspert kimi iştirak edən ali və orta ixtisas təhsili müəssisələrinin akademik heyətinin vahid reyestrini yaratmaq üçün hazırlıqlara başlanılıb.

Onu da qeyd edək ki, şəffaflığın təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında keçirilən qabiliyyət imtahanlarında ilk dəfə olaraq abituriyentlərin Təsviri sənət istiqaməti üzrə yerinə yetirdikləri tapşırıqların fotoşəkli DİM-in rəsmi internet saytında yerləşdirilib.

Ayşə MÜSEYİB