Azedu.az

Gəncədə məktəblini maşın vurub

4 Yanvar 2020, 11:32
Gəncədə məktəblini maşın vurub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az APA-ya istinadla xəbər verir ki, şəhərin Şah İsmayıl Xətai prospektində “VAZ 21014” markalı minik maşını yolu keçmək istəyən 2003-cü il təvəllüdlü oğlanı vurub. Məktəbli dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 Faktla bağlı araşdırma aparılır.
Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox