![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_102610_648.jpg)
Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğu nəticəsində belə aydın olub ki, respondentlərin 85%-i yeni modeli mənimsəmək üçün sınaq imtahanlarında iştirak edib.
Bəs sınaq imtahanlarının az sayda keçirilməsi yeni modeli mənimsəməkdə çətinlik yaradıbmı?
AzEdu.az xəbər verir ki, rəyi soruşulan abituriyentlərin 62%-i müəyyən qədər çətinlik yaratdığını, 20% isə çox çətinlik yaratdığını bildirib. Onlardan yalnız 18% heç bir çətinlik yaratmadığını deyib.
Ümumillikdə kağız daşıyıcıları vasitəsilə sınaq imtahanının az sayda keçirilməsi 80%-dən çox abituriyent üçün çətinlik yaradıb.
Müəllim və valideynlərin 48,8%-i bu fikirdədir ki, yeni modelə dair sınaq imtahanlarının az sayda keçirilməsi abituriyentlər tərəfindən yenilikləri mənimsəməkdə çətinlik yaradıb. Onlar sınaq imtahanlarının zəruri olduğunu vurğulayıb.
Dövlət İmtahan Mərkəzi bu məsələyə aydınlıq gətirib:
“İmtahanlar ali təhsil müəssisələri və məktəblərdə tədris prosesinə mane olmamaq üçün həftə sonları keçirilir. DİM tərəfindən təşkil olunan ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları, qəbul imtahanları(iki şans), eləcə də digər müxtəlif təyinatlı imtahanlar və onların kütləvi xarakteri kağız daşıyıcılar vasitəsilə əlavə sınaq imtahanlarının keçirilməsini məhdudlaşdırır”.
Qeyd edək ki, builki qəbul imtahanına qədər DİM tərəfindən yazı işləri bütün fənlər üzrə tətbiq olunmaqla 3 sınaq imtahanı keçirilib.
Ayşə MÜSEYİB
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)