Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-31 10:00:00
Gənc müəllimlərdən tam fərqli Həmrəylik Günü jesti -  Maraqlı təbrik videosu

31 dekabr - bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!


Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.Azərbaycanımızın böyük ziyalı ordusu olan müəllimlərimiz birliklərini göstərmək üçün video hazırladılar.Videonun ərsəyə gəlməsində əməyi keçən hər kəsə-müəllimlərimizə,videonu hazırlayan Hacıyev Araz bəyə,ideya rəhbəri Aysel Alıcanovaya təşəkkür edirik.Həmrəyliyimiz əbədidir! 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Gününüzü təbrik edirik!

AzEdu.az adıçəkilən  videonu təqdim edir: