Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 13:00:00
Bakıda analoqu olmayan məktəb: burda gənclər gözəlləşir, özünə güvənləri artır - VİDEOREPORTAJ

Azərbaycanda yeni növ məktəb yaradılıb. Bu məktəbdə hansısa fənn, elmi biliklər öyrədilmir, insanın öz bədəninə münasibət aşılanır. Adı model məktəbi olsa da, bura müraciət edənlərin heç də hamısı bu sənətə yiyələnmək istəmirlər. Məktəbin əsas əhəmiyyəti ondan ibarətdir ki, bura gələn gənclərin qaməti düzəldilir, yerişləri qaydasına salınır, onların özlərini təqdim etmə bacarığı öyrədilir. Bütün bunlar isə gənclərdə özünə inam hissini gücləndirir.

Məktəbin yaradıcısı və rəhbəri “Best Model of Azerbaijan 2004” yarışmasının qalibi İlqar Əliyevdir. Artıq 15 ildir ki, bu sənətdə olan İ.Əliyev modelliklə məşğul olan gənclərə dəstək olmaq məqsədilə məktəbini yaratdığını deyir. Burada müxtəlif yaş qruplarından insanlar modellik sənətinin sirlərinə yiyələnirlər. Məktəbin aylıq ödənişi isə oğlanlar üçün 100, qızlar üçün 50 AZN-dir. İlqar Əliyev bunun səbəbini ölkəmizdə qızların bu sənətə az cəlb olunması ilə izah edir.

AzEdu.az həmin məktəbdən olan video reportajı təqdim edir:

Əsmər Qabil
Lamiyə Süleymanlı